Şirkətin Azərbaycandakı Nümayəndəliyi haqqında
“Berlin-Chemie” / AG Menarini şirkətinin Nümayəndəliyi Azərbaycanda 20 noyabr 1998-ci ildə qeydiyyata alınmışdır və on üç il fəaliyyəti dövründə ölkənin əczaçılıq bazarında uğurlu nailiyyətlər əldə edə bilmişdir. Şirkətin bu gün ki, uğuru çətin və keşməkeşli bir yoldan keçib: fəaliyyətimizin ilk mərhələsində Nümayəndəlikdə fəaliyyət göstərən işçilərin sayı on nəfərdən az təşkil edirdi. Lakin bu gün şirkətdə 40 nəfərdən artıq peşəkar bir heyət uğurla çalışır. İşçilərin yüksək peşəkarlığı uğurlu inkişafın əsası və fəaliyyətimizin ən dəyərli göstəricilərindən biridir. Şirkət, ilk növbədə işçi peşəkarlığının səmərəli inkişafına və təcrübəli kadrlar seçiminə istiqamətləndirilmiş siyasət kursunu tutaraq, ilk növbədə cəmiyyətdə insan faktoruna önəm verdiyini daim vurğulayıb. Biz, sabahkı uğurun əsas potensialını şirkətimizdə çalışan hər bir fərdi insanda görüb, onun teoretik və professional biliklərinin təkmilləşməsini şirkətin gələcək inkişafının mütləqi təminatlarından sayırıq. Unutmayaq ki, hər bir uğurlu şirkətin təməlində yaradıcı və zamanı qabaqlaya bilən bir heyət dayanmalıdır. İlkin mərhələdə, heyətin əsas məqsədi səhiyyə xidmətləri sisteminin inkişafı, milli mentalitetə əsaslanan mövcud infrastruktur, iqtisadi vəziyyət və həmçinin Nümayəndəliyin Dövlətin müəyyən etdiyi qanunvericilik çərçivəsində fəaliyyətinin tənzimlənməsi xüsusiyyətləri ilə tanış etməkdir.
Şirkətin güclü fəaliyyəti və yüksək ixtisaslı kadrların bir araya gəlməsi nəticəsində “Berlin-Chemie” / AG Menarini şirkətinin məhsulları ölkənin demək olar ki, 80% ərazisini əhatə etməyi bacarmışdır. Nümayəndəliyin fəaliyyəti son 4 il ərzində əhəmiyyətli dərəcədə artmışdır. Bu dövr “Berlin-Chemie” / AG Menarini şirkətinin Azərbaycan Nümayəndəliyinin fəal bərpa mərhələsi kimi xarakterizə etmək olar.
“Berlin-Chemie” / AG Menarini şirkətinin yüksək keyfiyyətli məhsulları və işçi heyətinin təşviqi bacarıqları “Siofor” və ”İnfesol” preparatlarını Azərbaycan Dövlət Proqramları tərəfindən təsdiq olunan Dərman Preparatları Siyahısına əlavə olunmasına imkan yaratdı; “Berlipril”, “Nebilet” və “L-Tiroxin” preparatları isə endokrinologiya və kardiologiya sahəsinin “Milli Protokollarında” (“National Guidelines”) mühüm yerlərdən birini tutmuşdur.
İşçi heyətinin həmrəyliyi, yüksək komanda ruhu, əczaçılıq şirkətlərinin arasında ön sıralarda durmaq ambisiyası və müasir Azərbaycanın inkişaf tempinə uyğun inkişaf etmək istəyi, bizə bu yüksək zirvəni fəth etməyə imkan yaratdı.
BİZ YÜKSƏK DƏYƏR VERDİYİMİZ HƏYAT ÜÇÜN ÇALIŞIRIQ......