Məlumatların Məxfiliyi siyasəti 

Biz Sizin şirkətimizə olan marağınızı yüksək qiymətləndiririk və istəyirik ki, Siz veb-saytımıza daxil olarkən şəxsi məlumatlarınız baxımından özünüzü əminlikdə hiss edəsiniz. Xüsusən də, biz Avropa İttifaqının Məlumatların Mühafizəsinə dair Ümumi Qaydalarının (“MMÜQ”) yeni tələblərinə və Azərbaycan Respublikasının fərdi məlumatların qorunması sahəsində qanunvericiliyinə əməl edirik.

 “Berlin-Chemie AG” Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi www.berlin-chemie.az saytında (bundan sonra: "veb-sayt") Sizin məlumatlarınızın emalı ilə əlaqədar məsələlər üzrə nəzarətçidir. Nəzarətçi haqqında daha ətraflı məlumat almaq üçün aşağıdakı imprint keçidinə daxil olun: https://www.berlin-chemie.az/az-latn-az/imprint  Məlumatlarınızın mühafizəsi üzrə əməkdaşımızla aşağıdakı ünvan üzrə əlaqə saxlaya bilərsiniz: 

C.Cabbarlı küç., 44, 9-cu mərtəbə, Kaspian Plaza 1 biznes mərkəzi, AZ 1065, Bakı və ya dpo.azerbaijan@berlin-chemie.com elektron-poçt ünvanına məktub göndərə bilərsiniz.

Biz Sizin şəxsi məlumatlarınızın mühafizəsinə çox ciddi yanaşırıq. Şəxsi məlumatlar – eyniləşdirilmiş və ya eyniləşdirilən fiziki şəxsə aid olan məlumatlardır, məsələn, ad, soyad, ünvan və elektron poçt ünvanı.  Siz bizim veb-saytımıza daxil olduqda, biz Sizin şəxsi məlumatlarınızı toplayırıq və onları məlumatların məxfiliyinin mühafizəsinin qüvvədə olan qaydalarına uyğun olaraq emal edirik. 

Biz Sizin məlumatlarınızı saytımızın fəaliyyəti və müvafiq xidmətlərin təqdim edilməsi üçün zəruri olduqları müddət ərzində və ya qanuna uyğun olaraq Sizin məlumatlarınızı saxlamalıyıq.

Şəxsi məlumatların məxfiliyinin mühafizəsinə dair bu sənədlə biz, Siz saytımıza daxil olduğunuz müddətdə topladığımız məlumatlar və bu məlumatların necə istifadə olunması barədə Sizi məlumatlandırmaq istərdik.

Bu onlayn xidmət 16 yaşadək uşaqlar üçün nəzərdə tutulmamışdır.

Siz saytımıza daxil olarkən emal edilən məlumatlar

Siz saytımıza daxil olarkən emal edilən məlumatlar

Siz veb-saytımızdan yalnız informasiyanın əldə olunması məqsədləri ilə istifadə etdikdə, yəni qeydiyyatdan keçmədikdə və ya hər hansı digər şəkildə bizə informasiya təqdim etmədikdə, biz yalnız Sizin brauzerinizin serverimizə ötürdüyü şəxsi məlumatları emal edirik. Siz veb-saytımızı nəzərdən keçirmək istədikdə, biz veb-saytımızın əks etdirilməsi və onun sabitliyinin və təhlükəsizliyinin təmin edilməsi üçün texniki baxımdan zəruri olan aşağıdakı məlumatları toplayırıq (hüquqi əsas: MMÜQ-ün 6-cı Maddəsinin 1-ci hissəsinin (f) bəndi): 

  • IP ünvanı 
  • Sayta daxil olduğunuz tarix və vaxt
  • Qrinviç üzrə orta vaxta (GMT) münasibətdə saat qurşaqlarının fərqi 
  • Sorğunun məzmunu (konkret sayt) 
  • Giriş imkanının statusu/HTTP statusunun kodu
  • Hər bir halda ötürülən məlumatların həcmi
  • Sorğunun edildiyi veb-sayt 
  • Brauzer 
  • Əməliyyat sistemi və onun interfeysi
  • Brauzerin dili və proqram təminatının versiyası

Məlumatlar YEDDİ GÜNLÜK saxlama müddətindən sonra avtomatik olaraq silinir.

“Kuki” (cookie) fayllardan istifadə

İstifadə etdiyimiz “kuki” fayllar barədə ətraflı məlumat veb-saytda aşağı hissədə yerləşən “kuki” parametrlərində qeyd olunub. Siz həmçinin istənilən zaman “kuki” parametrlərinə dəyişiklik edə bilərsiniz. 

Biz "cookie" fayllarını iki əsas kateqoriyaya ayırırıq: (1) veb-sayta baxmaq və xüsusiyyətlərindən istifadə etmək üçün zəruri olan, ciddi şəkildə tələb olunan və (2) istəkdən asılı olan, məsələn veb-saytın təhlili, veb-saytın fərdiləşdirilməsi və marketinq məqsədləri üçün istifadə olunan "cookie" faylları (məsələn, analitik "cookie" faylları, hədəf "cookie" faylları, funksional "cookie" faylları). Tələb olunan "cookie" faylları veb-saytın düzgün işləməsi üçün vacibdir. "Cookie" faylları brauzeriniz tərəfindən avtomatik olaraq yaradılan və veb-saytımızı ziyarət edərkən cihazınızda (məsələn, noutbuk, planşet, smartfon) saxlanılan kiçik mətn fayllarıdır. Xüsusi istifadə olunan cihazla bağlı daxil olan məlumatlar "cookie" faylında saxlanılır. Bu o demək deyil ki, sizi birbaşa tanıya bilərik. "Cookie" fayllarından istifadə xidmətlərimizdən istifadəni sizin üçün daha xoşagələn etmək üçün nəzərdə tutulub. Məsələn, veb-saytımızın ayrı-ayrı səhifələrini ziyarət etdiyinizi bilmək üçün seans "cookie" fayllarından istifadə edirik. Bu "cookie" faylları veb-saytımızı tərk etdikdən sonra avtomatik olaraq silinir. 

İstifadəçilərin rahatlığı üçün biz müvəqqəti “kuki” fayllardan da istifadə edirik, bunlar müəyyən müddət ərzində Sizin cihazınızda saxlanılır. Siz xidmətlərimizdən istifadə etmək üçün veb-saytımıza təkrar daxil olduqda, sistem veb-saytımızı artıq ziyarət etmiş olduğunuzu, habelə daxil etmiş olduğunuz sorğuları və seçmiş olduğunuz parametrləri tanıyır, nəticədə məlumatı yenidən daxil etməyə ehtiyac qalmır.

Veb-saytın fəaliyyəti üçün “kuki” fayllar vacib olduğundan Siz Çox Zəruri “Kuki” fayllardan imtina edə bilməzsiniz. Biz şəxsi məlumatları emal edərkən müqavilə üzrə xidmətlərin göstərilməsi ilə bağlı MMÜQ-ün 6-cı Maddəsinin 1-ci hissəsinin (b) bəndinə əsaslanırıq. 

Bundan əlavə, Sizin razılığınız ilə (MMÜQ-ün 6-cı Maddəsinin 1-ci hissəsinin (a) bəndi və Azərbaycan Respublikasının “Fərdi Məlumatlar” haqqında Qanununun 9.1.6-cı bəndi (“Fərdi Məlumatlar haqqında Qanun”))  biz əsas və kənar “kuki” fayllarından Sizə təqdim etdiyimiz xidmətlərin optimallaşdırılması məqsədi ilə veb-saytımızın ziyarətlərinin statistik uçotunun və təhlilinin aparılması və xüsusi olaraq, Sizin üçün nəzərdə tutulmuş informasiyanın əks etdirilməsi üçün istifadə edirik. Bu “kuki” fayllar veb-saytımızı artıq ziyarət etmiş olan istifadəçilərin veb-saytımıza təkrar daxil olduqlarını tanımağımıza imkan verir. Müəyyən müddətdən sonra bu “kuki” fayllar avtomatik olaraq silinirlər. 

Siz hər hansı maneə olmadan və təsiri gələcəyə şamil edilməklə istənilən zaman razılığınızı geri götürə bilərsiniz. Bunun üçün “kuki” faylların parametrlərini dəyişməyiniz xahiş olunur. 

Brauzerlərin əksəriyyəti “kuki” faylları avtomatik olaraq qəbul edirlər. Siz öz brauzerinizin parametrlərini elə nizamlaya bilərsiniz ki, cihazınızda heç bir “kuki” fayl saxlanılmasın və ya hər dəfə yeni bir “kuki” fayl quraşdırılmazdan əvvəl Sizə xəbərdarlıq göndərilsin. Lakin cihazınız “kuki” faylları qəbul etməzsə, Siz veb-saytımızın bütün funksiyalarından tam həcmdə istifadə edə bilməyəcəksiniz.

Əlaqənin yaradılması müddətində məlumatların emalı

Siz bizim əlaqə formamızdan istifadə etməklə və aşağıdakı məlumatları təqdim etməklə məhsullarımız və xidmətlərimiz haqqında bizə suallar verə bilərsiniz: adınız, soyadınız və e-poçt ünvanınız. Əlaqə formasından istifadə tələb olunmur.

Siz bizimlə elektron-poçt, telefon və ya adi poçt vasitəsilə əlaqə yaratdıqda, suallarınızı cavablandıra bilmək üçün Sizin bizə təqdim etdiyiniz informasiyanı (məsələn, Sizin elektron-poçt ünvanınızı, ola bilsin, Sizin adınızı, soyadınızı və telefon nömrənizi və/və ya ünvanınızı) saxlayırıq (hüquqi əsas: Fərdi Məlumatlar haqqında Qanunun 8-1-ci maddəsi).  

Sizinlə əlaqə saxlamaq üçün bizə təqdim etdiyiniz informasiyanı saxlayırıq (hüquqi əsas: MMÜQ-ün 6-cı Maddəsinin 1-ci hissəsinin (f) bəndi və Fərdi Məlumatlar haqqında Qanunun 8.1-ci maddəsi).

Əgər Siz bizə dərman vasitələrimizin mümkün əlavə təsirləri ilə əlaqədar informasiyanı təqdim edirsinizsə, qanuna uyğun olaraq, biz bu informasiyanı saxlamağa və emal etməyə borcluyuq (hüquqi əsas: MMÜQ-ün 9-cu Maddəsinin 2-ci hissəsinin (i) bəndi və Fərdi Məlumatlar Qanunun 8.1 və 9.6.2-ci maddələri).

Biz bu kontekstdə əldə edilmiş məlumatları onların saxlanmasına artıq ehtiyac olmadıqda silirik, yaxud məlumatların saxlanması üzrə qanunla təyin edilmiş öhdəliklər olduqda, onların emalını məhdudlaşdırırıq.

Saytımızda qeydiyyat

Bu veb-saytda təqdim etdiyimiz informasiyanın bir hissəsi yalnız qapalı istifadəçi qruplarına açıq olduğundan, veb-saytımızın bu kontentinə giriş imkanı əldə etmək üçün Siz qeydiyyatdan keçməli və hesaba daxil olmalısınız. Qeydiyyatdan keçmək üçün aşağıdakı məlumatları təqdim etməyiniz tələb olunur: e-poçt ünvanınız və parol.

E-poçt ünvanınızın etibarlı olduğundan əmin olmaq üçün biz ikimərhələli qeydiyyat prosedurundan istifadə edirik: E-poçt ünvanını giriş xanasına daxil etdikdən sonra sizə təsdiq üçün keçid göndərəcəyik. Bu təsdiq üçün keçidi klikləyənə qədər qeydiyyatınız tamamlanmayacaq.

Məlumatlarınızın emalı üçün hüquqi əsas MMÜQ-ün 6-cı Maddəsinin 1-ci hissəsinin (f) bəndidir. Biz sizin məlumatlarınızı, onların sistemə girişin təmin edilməsi üçün zəruri olduqları müddətədək saxlayırıq. Əgər Siz istifadəçi qrupunu tərk edirsinizsə, biz Sizin məlumatlarınızı, qanunla və ya müqavilə ilə onları saxlamağa məcbur olduğumuz hallar istisna olmaqla, silirik.

DocCheck vasitəsilə qeydiyyat

Saytımızın bəzi sahələrinə giriş həkimlər və əczaçılar üçün nəzərdə tutulmuşdur. Biz həmin istifadəçiləri identifikasiya etmək üçün Vogelsanger Straße 66, 50823 Cologne, Almaniya ünvanında yerləşən DocCheck Medical Services GmbH (DocCheck)  tərəfindən təqdim edilən “DocCheck” plaqinindən istifadə edirik. Bu məqsədlə Siz, DocCheck-in xidmətləri üçün qeydiyyatdan keçməyə dair DocCheck-lə ayrıca saziş imzalamalısınız. Daxil etdiyiniz məlumatlar Sizin sistemə daxil olmağınızın identifikasiyası və təsdiqlənməsi məqsədi ilə yalnız DocCheck-ə göndəriləcəkdir. Bizim bu məlumatlara giriş imkanımız yoxdur.

DocCheck plaqinindən istifadə edərkən biz “iki dəfə klikləmə” adlandırılan metoddan istifadə edirik: Siz veb-saytımıza daxil olduğunuz zaman plaqinlər veb-sayta tam inteqrasiya edilmiş olmurlar. Bu, sosial şəbəkə provayderi ilə bağlantının yalnız Siz plaqin simgəsinə kliklədikdən sonra yaranmasını təmin edir. Bağlantı yaradıldıqdan sonra biz provayder tərəfindən toplanan və emal edilən məlumatların növünə və həcminə təsir edə bilmirik; bu barədə daha ətraflı məlumat əldə etmək üçün müvafiq provayderin məxfilik haqqında bəyanatlarında istinad edə bilərsiniz.   

Plaqin provayderi tərəfindən məlumatların toplanmasının və emal edilməsinin məqsədi və məlumatların həcmi barədə daha ətraflı məlumatı bu provayderlərin aşağıda göstərilmiş məxfilik haqqında bəyanatlarında əldə etmək mümkündür. Məxfilik haqqında bəyanatlarda Siz həmçinin, aidiyyəti hüquqlarınız və məxfiliyinizin qorunması ilə bağlı parametrlərin opsiyaları barədə ətraflı məlumat əldə edə bilərsiniz:  https://more.doccheck.com/de/privacy

DocCheck plaqinindən istifadə edildikdə, DocCheck veb-saytı ilə bağlantı yaradılır. Biz, Sizin DocCheck vasitəsilə sistemə daxil olmanız və Sizin üçün nəzərdə tutulmuş sahələrə giriş imkanı əldə edə bilməniz məqsədi ilə DocCheck ilə bağlantının yaradılması üçün zəruri olan məlumatları emal edirik (hüquqi əsas MMÜQ-ün 6-cı Maddəsinin 1-ci hissəsinin (f) bəndidir).

Tədbirlər üçün qeydiyyat

Əgər Siz veb-saytımızda hər hansı tədbir üçün qeydiyyatdan keçmisinizsə, biz bu tədbiri təşkil etmək üçün Sizin qeydiyyat zamanı təqdim etdiyiniz məlumatlardan istifadə edirik. Qeydiyyat zamanı tələb olunan məcburi məlumatlar tam şəkildə təqdim edilməlidir. Əks halda, tədbir üçün qeydiyyat mümkün olmayacaq. Tədbirin keçirilməsi və Sizin iştirak etməyiniz ilə bağlı məlumatların emalı üçün hüquqi əsas MMÜQ-ün 6-cı Maddəsinin 1-ci hissəsinin (b) bəndi və Fərdi Məlumatlar haqqında Qanunun 8.1 və 9.1.6-cı maddələridir. 

Biz Sizin məlumatlarınızı yalnız tədbirin keçirilməsi üçün zəruri olduğu müddətdə və məlumatların saxlanması üçün qanunla müəyyən edilmiş müddətlərdə saxlayırıq.

Biz tədbirin təşkili çərçivəsində xidmətlərimizin göstərilməsində bizə dəstək göstərən xidmət təminatçıları (turizm agentliyi, hotel, mətbəələr, daşıma xidməti təminatçısı, ödəmə xidməti təminatçısı) ilə əməkdaşlıq edirik. Sizin məlumatlarınız yalnız xidmət təminatçısı tərəfindən müvafiq xidmətin emalı üçün zəruri olduğu halda, göndərilə bilər.

Broşürlərin /materialların sifarişi

Bu veb-sayt vasitəsilə broşürlər və ya digər çap məhsulları/materialları sifariş etdiyiniz halda, biz müqavilədən əvvəlki vəzifələrimizi yerinə yetirmək və müqaviləni icra etmək (sifariş olunmuş materialların təmin edilməsi) məqsədilə sifariş formasında əks olunan şəxsi məlumatlarınızdan istifadə edəcəyik. Bunun üçün hüquqi əsas MMÜQ-ün 6-cı Maddəsinin 1-ci hissəsinin (b) bəndi və Fərdi Məlumatlar haqqında Qanunun 8.1-ci maddəsidir.

Biz Sizin məlumatlarınızı yalnız sifarişin emal edilməsi və məlumatların saxlanması üçün qanunla müəyyən edilmiş müddətlərdə saxlayırıq.

Biz xidmətlərimizin göstərilməsində bizə dəstək göstərən xidmət təminatçıları ilə əməkdaşlıq edirik. Sizin məlumatlarınız yalnız xidmət təminatçısı tərəfindən sifarişinizin emalı üçün zəruri olduğu halda, göndərilə bilər.

Sosial media

Aşağıdakı sosial şəbəkə səhifələri müvafiq şəbəkə operatorları ilə birlikdə bizim tərəfimizdən də idarə olunur:

Facebook: Meta Platforms Technologies Ireland Limited, Merrion Road Dublin 4, D04 X2K5 Ireland ("Facebook")

Instagram: Meta Platforms Technologies Ireland Limited, Merrion Road Dublin 4, D04 X2K5 Ireland („Instagram“)

LinkedIn: LinkedIn Ireland Unlimited Company Wilton Place, Dublin 2, D02 AD98 Ireland ("LinkedIn")

New Work SE, Dammtorstraße 30, 20354 Hamburg, Germany („Xing“)

YouTube: Google Ireland Limited, Gordon House, Barrow Street, Dublin 4, D04 E5W5 Ireland ("YouTube")

X (formerly Twitter): Twitter International Unlimited Company, One Cumberland Place, Fenian Street, Dublin 2, D02 AX07 Ireland („X“)

Aşağıdakı sosial şəbəkə səhifələri müvafiq şəbəkə operatorları ilə birlikdə bizim tərəfimizdən də idarə olunur:

Birgə kontroller müqavilələri

Biz şəbəkə operatorları ilə ümumi məsuliyyət müqavilələri bağlamışıq. Bu müqavilələr, digər məsələlərlə yanaşı, sosial şəbəkə səhifələrimizdən istifadə şərtlərini tənzimləyir. Aşağıdakı müqavilələr hər bir halda uyğundur ("maßgeblich"):

Facebook: Page Insights Kontrollerinə əlavə

Instagram: Instagram Instagram-ın İstifadə şərtləri və "Meta" şirkətinə məxsus olduğu üçün yuxarıda təsvir edilən "Meta" şirkətin əsas prinsipləri və müqavilələri ilə şərtlənir.

LinkedIn: Page Insights birgə kontroller əlavəsi

Xing: Ümumi məsuliyyət müqaviləsi

YouTube: Gizlilik siyasəti və Xidmət Şərtləri

X: X's İstinad yolu ilə daxil edilmiş Şərt və müddəalar  və Əsas prinsiplər

Fərdi məlumatların işlənməsi

Sosial şəbəkələrdəki səhifələrimizi ziyarət etdiyiniz zaman səhifə ziyarətçilərinin fərdi məlumatları bizim və şəbəkə operatorları tərəfindən aşağıdakı kimi işlənir:

Facebook: Facebook səhifəmizi işlətmək üçün Facebook səhifəmizin istifadəçiləri haqqında statistik məlumat əldə etmək üçün Facebook Insights funksiyasından istifadə edirik. "Meta" şirkəti öz Gizlilik Siyasəti”ndə və burada Facebook Insights və Facebook səhifələri haqqında məlumat verir. "Meta" şirkəti tərəfindən "cookie" fayllarından istifadə haqqında daha çox məlumat əldə etmək üçün onun "cookie" faylları haqqında siyasətinə baxın.

İnstagram: İnstagram postlarımızın necə işlədiyini anlamaq üçün Instagram Insights funksiyasından - izləyicilərimiz haqqında statistik məlumat verən xüsusiyyətdən istifadə edirik. Instagram Insights haqqında ətraflı məlumat üçün Instagram-ın Gizlilik Siyasətinə baxın.

LinkedIn: LinkedIn profilimizi işlətməklə əlaqədar olaraq LinkedIn Page Analytics funksiyasından istifadə edirik. Bu, bizə kontentimizdən istifadə haqqında məlumat əldə etmək imkanı verir. LinkedIn platformasında məlumatların qorunması ilə bağlı daha çox məlumatla LinkedIn-in Gizlilik siyasətində tanış ola bilərsiniz.

Xing: Xing Insights funksiyasından istifadə edərək, kontentimizdən istifadə barədə rəylər əldə edə və statistik qiymətləndirmələrə baxa bilərik. Məlumatların qorunması haqqında daha çox məlumat üçün Xing-in Gizlilik siyasətinə baxın.

YouTube: YouTube hesabımızı işlətməklə əlaqədar olaraq YouTube təhlil funksiyalarından istifadə edirik. Təhlil funksiyası ilə istifadəni təhlil edə və statistik olaraq qiymətləndirə bilərik. Daha çox məlumatla Google-un Gizlilik siyasətində tanış ola bilərsiniz.

X platforması: X kanalımız və postlarımıza reaksiyalar haqqında daha dərindən məlumat əldə etmək üçün X-in analitik imkanlarından istifadə edirik. Daha çox məlumat üçün X platformasının Gizlilik Siyasətinə baxın.

Prosesin məqsədləri

Bu məlumatların işlənməsi aşağıdakı məqsədlərə xidmət edir:

Reklamın təkmilləşdirilməsi: Şəbəkə operatorları öz şəbəkələri vasitəsilə paylaşdıqları reklam sistemlərini optimallaşdıra bilərlər.

Statistika və bazar təhlili: Marketinq fəaliyyətlərimizə nəzarət etmək üçün sosial şəbəkə səhifələrimizin istifadəçiləri haqqında anonim statistik məlumatlar əldə edə bilərik.

Demoqrafik və coğrafi qiymətləndirmələr: Anonim şəkildə toplanmış məlumatlar əsasında demoqrafik və coğrafi qiymətləndirmələr də yaradılır və bizim üçün əlçatan edilir. Bu məlumatları, məsələn, fərdiləşdirilmiş hədəf reklamları göstərmək üçün istifadə edə bilərik.

Kommunikasiya və qarşılıqlı əlaqə: Müştərilərimiz, maraqlı tərəflərimiz və istifadəçilərimizlə ünsiyyət qurmaq və xidmətlərimiz barədə məlumat vermək üçün sosial şəbəkə səhifələrimizdən istifadə edirik.

Hüquqi əsas

Biz sosial şəbəkə səhifələrimizi şirkət və məhsulun optimallaşdırılmış təqdimatı üzrə qanuni maraqlarımız əsasında idarə edirik (GDPR reqlamentinin 6-cı Maddəsinin 1-ci bəndinin 1 lit. f cümləsi).

Məlumatların Ötürülməsi

Facebook, Instagram, LinkedIn, YouTube və X platformalarından istifadə edərkən məlumatlarınız Avropa İttifaqından kənarda, xüsusən də ABŞ-da işlənə bilər. Prinsipcə, məlumatların ABŞ-a ötürülməsi üçün adekvat səviyyədə qorunma tələb olunur. Sözügedən sosial şəbəkə platformalarının qərargahları ABŞ-da yerləşdiyindən və DPF-ə uyğun olaraq sertifikatlaşdırıldığından ("Fərdi məlumatların alıcıları və məlumatların üçüncü ölkələrə ötürülməsi" bölməsində ətraflı təsvir edilmişdir), GDPR reqlamentində nəzərdə tutulana bənzər məlumatların qorunma səviyyəsinin təmin edildiyi güman edilə bilər.

Məlumat subyekti kimi hüquqlarınızdan necə istifadə edə bilərsiniz?

Prinsipcə, sosial şəbəkə səhifəmizdə məlumatların işlənməsi ilə bağlı məlumatların qorunması hüquqlarınızı ("Sizin hüquqlarınız və əlaqə məlumatlarınız" bölməsində ətraflı təsvir edilmişdir) həm bizə, həm də operatora qarşı müdafiə edə bilərsiniz. Lakin qeyd etmək istərdik ki, bunlar operatorla ən effektiv şəkildə təmin edilə bilər. Çünki yalnız sosial şəbəkə provayderi istifadəçi məlumatlarına çıxış imkanına malikdir və buna görə də müvafiq tədbirlər görə və birbaşa məlumat verə bilər.

Məlumatların işlənməsinə etiraz etmək üçün hansı seçimləriniz var?

Etiraz etmək üçün dəqiq imkanlar platformaya görə dəyişir. Burada qısa məlumat verilib:

Facebook və İnstagram: Reklam seçimləri parametrləri, Facebook Parametrləri, Məlumatların qorunması haqqında sorğu forması.

LinkedIn: Məlumatların işlənməsinə burada etiraz edilə bilər. Bundan əlavə, LinkedIn məlumatlarının işlənməsinə etiraz forması mövcuddur.

Xing: Məlumatların işlənməsinə Xing əlaqə forması vasitəsilə etiraz edilə bilər.

YouTube: Google hesabınızdakı parametrlər. Digər gizlilik parametrlərini də burada idarə edə bilərsiniz.

X platforması: X hesabınızdakı parametrlərindən istifadə edərək X platforması tərəfindən məlumatların işlənməsinə qismən etiraz edilə bilər. Daha çox məlumatla burada tanış ola bilərsiniz.

Sosial media plaqinlərindən istifadə

Razılığınızın olduğu halda biz aşağıdakı sosial media plaginlərindən istifadə edirik:

  • Facebook
  • Instagram
  • YouTube

Pluginlər vasitəsilə biz sizə sosial şəbəkələr və digər istifadəçilərlə qarşılıqlı əlaqə imkanı təklif edirik. Bu, bizə təklifimizi təkmilləşdirməyə və onu bir istifadəçi kimi sizin üçün daha maraqlı etməyə imkan verir. Pluginlərdən istifadənin hüquqi əsası MMÜQ-ün 6-cı Maddəsinin 1-ci hissəsinin (b) bəndi. (razılıq)

Sosial media plaginlərindən istifadə edərkən biz iki klik həlli adlanan üsuldan istifadə edirik: Veb saytımıza daxil olduğunuz zaman plaginlər vebsayta tam inteqrasiya olunmur. Bu, sosial şəbəkənin provayderi ilə əlaqənin yalnız plug-in düyməsini kliklədiyiniz zaman qurulmasını təmin edir. Məlumatlarınız təxəllüslərlə qorunur və adınızla yenidən əlaqələndirilə bilməz. Bağlantı qurulduqdan sonra, provayderin topladığı və emal etdiyi məlumatların növü və həcminə heç bir təsirimiz yoxdur; bu barədə məlumat üçün müvafiq provayderin məlumatların qorunması məlumatlarına müraciət edin.

Plug-in provayderi tərəfindən məlumatların toplanması və emalının məqsədi və əhatə dairəsi haqqında əlavə məlumatı bu provayderlərin aşağıda verilmiş məxfilik bəyanatlarında tapa bilərsiniz. Orada siz həmçinin bununla bağlı hüquqlarınız və məxfiliyinizi qorumaq üçün seçim seçimləri haqqında əlavə məlumat tapa bilərsiniz: 

  • Meta Platforms Technologies Ireland Limited, Merrion Road Dublin 4, D04 X2K5 Ireland („Facebook“); Privacy Policy.
  • Meta Platforms Technologies Ireland Limited, Merrion Road Dublin 4, D04 X2K5 Ireland („Instagram“); Privacy Policy.
  • Google Ireland Limited, Gordon House, Barrow Street, Dublin 4, D04 E5W5 Ireland ("YouTube"); Privacy Policy.

Bəzi hallarda, məlumatlarınız işlənməsi üçün ABŞ-da yerləşən serverlərə ötürüləcək. Prinsipcə, məlumatların ABŞ-a ötürülməsi üçün adekvat səviyyədə qorunma tələb olunur. Burada istifadə edilən sosial şəbəkə platformalarının qərargahları ABŞ-da yerləşdiyindən və DPF-ə uyğun olaraq sertifikatlaşdırıldığından ("Fərdi məlumatların alıcıları və məlumatların üçüncü ölkələrə ötürülməsi" bölməsində ətraflı təsvir edilmişdir), GDPR reqlamentində nəzərdə tutulana bənzər məlumatların qorunma səviyyəsinin təmin edildiyi güman edilə bilər.

Razılığınızı istənilən vaxt heç bir çatışmazlıq olmadan və gələcək nəticələrlə geri götürə bilərsiniz. Bunu etmək üçün, "cookie" parametrlərinizi dəyişdirin.  

Google istifadə edərək veb saytların təhlili

Veb-saytlar GoogleOur funksiyası ilə veb-saytı təhlil etmək üçün "Google Ireland Limited" şirkəti, Gordon House, Barrow Street, Dublin 4, D04 E5W5 Ireland (İrlandiya) ("Google LLC" şirkəti, 1600 Amphitheatre Parkway, Mountain View, CA 94043, USA (ABŞ)) tərəfindən göstərilən "Google Analytics" veb-analitika xidmətindən istifadə edirlər. Biz sizin razılığınıza əsasən sizin və digər istifadəçilərin veb-saytlarımızdan necə istifadə etdiyini təhlil etmək və müvafiq hesabatlar hazırlamaq üçün "Google Analytics" interfeysindən istifadə edirik (GDPR reqlamentinin 6-cı Maddəsinin 1-ci bəndinin 1 lit. a cümləsi). Xüsusilə, sizin IP ünvanınız işlənilir və "cookie" fayllarınızdan istifadə olunur.

Google sizin tərəfinizdən veb-saytımızdan istifadə ilə əlaqəli məlumatları (məsələn, sorğu mənbəyinin URL-ünvanı, ziyarət etdiyiniz veb-səhifələrimiz, brauzerinizin növü, dil parametrləriniz, əməliyyat sisteminiz, sizin ekranın dəqiqliyi) bizim adımızdan təhlil edəcək. Bu məqsədlə Gizlilik Seçimləri Mərkəzində daha ətraflı təsvir olunan "cookie" fayllarından istifadə edirik. Veb-saytımızda IP-ünvanlarının anonimləşdirilməsini aktivləşdirdiyimiz üçün, Google ötürmədən əvvəl Avropa İttifaqına üzv ölkələrdə IP-ünvanınızı qısaldacaq. Yalnız müstəsna hallarda tam IP-ünvanı ABŞ-dakı Google serverinə ötürüləcək və yalnız bundan sonra orada qısaldılacaq (məlumatların toplanmasının məqsədi və əhatə dairəsi haqqında daha ətraflı məlumatla Google-un Gizlilik Siyasətində tanış ola bilərsiniz). Müvafiq nəticələr daha sonra anonim formada bizim üçün əlçatan ediləcək. Bu proses ərzində istifadə məlumatlarınız tam IP-ünvanınızla əlaqələndirilməyəcək.      

Standart olaraq, "Ga4 cookie" faylları 2 il saxlanılır. Göndərdiyimiz və "cookie" faylları ilə əlaqələndirilən məlumatlar 14 aydan sonra avtomatik olaraq silinir.      

Məlumatların Google-a ötürülməsi zamanı fərdi məlumatlarınız ABŞ-da da ola biləcək Google serverlərinə ötürüləcək. Prinsipcə, məlumatların ABŞ-a ötürülməsi üçün adekvat səviyyədə qorunma tələb olunur. Google DPF-ə uyğun olaraq sertifikatlaşdırıldığından ("Fərdi məlumatların alıcıları və məlumatların üçüncü ölkələrə ötürülməsi" bölməsində ətraflı təsvir edilmişdir), GDPR reqlamentində nəzərdə tutulana bənzər məlumatların qorunma səviyyəsinin təmin edildiyi güman edilə bilər.

Siz istənilən vaxt ya təqdim edilmiş Google brauzeri üçün genişlənməni yükləməklə və quraşdırmaqla, ya da "cookie" parametrlərində razılığınızı geri götürməklə veb-təhlilindən istifadəyə verdiyiniz razılığı geri götürə bilərsiniz, bu halda "cookie" fayllarının saxlanmasından imtina yerləşdiriləcək. Hər iki seçim yalnız genişləndirmə faylının quraşdırıldığı brauzerdən istifadə etdiyiniz müddətdə veb-təhlilin tətbiq olunmasının qarşısını alacaq və "cookie" fayllarının saxlanmasından imtinanı silməyəcək.

Google Analytics interfeysi haqqında əlavə məlumat Google Analytics interfeysinin İstifadə ŞərtlərindəGoogle Analytics interfeysinin Məlumat və Gizlilik Təlimatlarında və Google-un Gizlilik Siyasətində verilib.

Google Signals

Google Analytics interfeysindən "Google Ireland Limited" şirkəti, Google Building Gordon House, 4 Barrow St, Dublin, D04 E5W5, Ireland tərəfindən təqdim edilən Google Signals sessiya məlumatları ilə birlikdə istifadə edirik. Biz sizin razılığınıza əsasən istifadəçilərin veb-saytımızla necə qarşılıqlı əlaqə qurduqları barədə fikir əldə etmək üçün Google Signals sessiya məlumatlarından istifadə edirik (GDPR reqlamentinin 6-cı Maddəsinin 1-ci bəndinin 1 lit. a cümləsi). Bu məlumatlar xidmətlərimizi təkmilləşdirməyə və reklamları daha səmərəli şəkildə hədəfləməyə kömək edir.

Biz yalnız Google hesabınızdakı fərdi reklamlara verdiyiniz razılıq əsasında məlumatlarınızı toplayırıq. Google Signals sessiya məlumatları Google hesabınızla əlaqəli bütün cihazlarda fəaliyyətinizi təhlil etməyə imkan verir ki, bu da maraqlarınız haqqında daha tam fikir əldə etməyə imkan verir.

Toplanan məlumatlara aşağıdakılar daxil ola bilər: Veb-saytla qarşılıqlı əlaqə məlumatları, Yer məlumatları (aktivdirsə); Axtarış tarixçəsi (aktivdirsə), YouTube tarixçəsi (aktivdirsə).

Bu məlumatlar aşağıdakı məqsədlərlə istifadə olunur: İstifadəçinin demoqrafik məlumatları və maraqları (yaş, dil, yer, cins və s.) barədə anonimləşdirilmiş və ümumiləşdirilmiş hesabatlar hazırlamaq; Reklam kampaniyaları üçün hədəf auditoriya yaratmaq; Veb-saytın xüsusiyyətlərini təkmilləşdirmək və istifadəçi təcrübənizi fərdiləşdirmək.

Toplanan bütün məlumatlar saxlanmazdan əvvəl anonimləşdirilir və ümumiləşdirilir. Biz heç vaxt fərdi istifadəçilər haqqında məlumatlar saxlamırıq. Standart olaraq, bu anonimləşdirilmiş məlumatlar 26 ay ərzində saxlanılır. Bu məlumatları birbaşa Google hesabınızın parametrlərindən idarə edə və ya silə bilərsiniz.

Veb-sayt parametrlərində Google Signals sessiya məlumatlarından istifadəyə razılığını birbaşa geri götürə bilməsəniz də, istifadəçilər öz Google hesabları vasitəsilə fərdiləşdirilmiş reklamlara razılıqlarını idarə edə bilərlər. 

Bəzi hallarda, məlumatlarınız işlənməsi üçün ABŞ-da yerləşən serverlərə ötürüləcək. Prinsipcə, məlumatların ABŞ-a ötürülməsi üçün adekvat səviyyədə qorunma tələb olunur. Burada istifadə edilən sosial şəbəkə platformalarının qərargahları ABŞ-da yerləşdiyindən və DPF-ə uyğun olaraq sertifikatlaşdırıldığından ("Fərdi məlumatların alıcıları və məlumatların üçüncü ölkələrə ötürülməsi" bölməsində ətraflı təsvir edilmişdir), GDPR reqlamentində nəzərdə tutulana bənzər məlumatların qorunma səviyyəsinin təmin edildiyi güman edilə bilər.

Google Tag Manager

Bu veb-saytda Google Tag Manager-dən istifadə olunur. Google Tag Manager öz veb-sayt teqlərini interfeys vasitəsilə idarə edən şirkətlər üçün  Google Inc. şirkətinin bir həllidir. The Google Tag Manager aləti “kuki” fayllardan istifadə etmir və şəxsi məlumatları toplamır. Alət, öz növbəsində məlumatları toplaya bilən digər     teqlərin işə salınmasını təmin edir. Google Tag Manager–in bu məlumatlara giriş imkanı yoxdur. Domen və ya “kuki” fayllar səviyyəsində deaktivasiya Google Tag Manager tərəfindən tətbiq edilən bütün izlənən teqlər üçün qüvvədə qalır.

Google Ads

Razılığınızın olduğu halda və müddətdə biz Google Ads-dən və linklərə keçidlərin izlənməsindən konkret elanların, təkliflərin və funksiyaların effektivliyinin qiymətləndirilməsi üçün istifadə edirik. Bunun üçün, Siz Google elanına klikləyən kimi “kuki” faylı yaradılacaqdır. Bu “kuki” faylı şəxsi identifikasiya məqsədi daşımır. Bu daha çox “kuki” faylın qüvvədə olduğu 30 gün müddətində konkret təklifin verildiyi veb-sayta Sizin təkrarən daxil olub-olmadığınızı müəyyənləşdirə bilməyimiz üçün nəzərdə tutulmuşdur.

Hər bir AdWords  müştərisi unikal “kuki” faylı əldə edir. Bu səbəbdən də, AdWords müştəriləri “kuki” faylları veb-sayt vasitəsilə izləyə bilmirlər. Keçid “kuki” faylı vasitəsilə əldə edilən informasiya, keçidlərin izlənməsini seçmiş AdWords müştəriləri üçün keçidlərin statistikasının tərtib edilməsi məqsədilə nəzərdə tutulmuşdur. Biz elanı klikləyən və  keçidin izlənməsi teqi vasitəsilə veb-sayta yönəldilən istifadəçilərin ümumi sayını öyrənirik.  

Siz brauzerinizin proqram təminatının parametrlərini dəyişməklə Google keçid “kuki” fayllarının saxlanmasını birdəfəlik ləğv edə bilərsiniz.

Məlumatlarınızın emalı üçün hüquqi əsas MMÜQ-ün 6-cı Maddəsinin 1-ci hissəsinin (a) bəndi (razılıq) və Fərdi Məlumatlar haqqında Qanunun 9.6.1-ci maddəsidir. 

Siz hər hansı maneə olmadan və təsiri gələcəyə şamil edilməklə istənilən zaman razılığınızı geri götürə bilərsiniz. Bunun üçün vebsaytda aşağı hissədə “kuki” faylların parametrlərini dəyişməyiniz xahiş olunur.

Google-da məlumatların mühafizəsinə dair daha ətraflı məlumat əldə etmək üçün, lütfən, bu keçidləri klikləyin: https://policies.google.com/privacy?hl=en və https://services.google.com/sitestats/en.html. Alternativ qismində Siz İnternet şəbəkəsində  Reklam Təşəbbüsü (NAI) veb-saytını  aşağıdakı ünvanda ziyarət edə bilərsiniz: http://www.networkadvertising.org. 

Google Maps

Razılığınızın olduğu halda və müddətdə biz bu veb-saytda Google Maps tərəfindən təklif edilən xidmətlərdən istifadə edirik. Bu, interaktiv xəritələri bilavasitə veb-saytda Sizə təqdim etməyə imkan yaradır və Sizin xəritə funksiyalarına giriş imkanınızı təmin edir. Bunun üçün hüquqi əsas MMÜQ-ün 6-cı Maddəsinin 1-ci hissəsinin (a) bəndi (razılıq) və Fərdi Məlumatlar haqqında Qanunun 9.6.1-ci maddəsidir. 

Google Maps funksiyalarından istifadə edə bilmək üçün IP ünvanınızın yadda saxlanması zəruridir. Siz veb-sayta daxil olarkən Google, veb-saytımızın müvafiq alt səhifəsini sorğulamanız barədə informasiyanı qəbul edir. Bu, sistemə daxil olduğunuz istifadəçi hesabının Google tərəfindən təmin edilib-edilməməsindən və ya ümumiyyətlə istifadəçi hesabının olub-olmamasından asılı olmayaraq baş verir. Əgər Siz sistemə Google vasitəsilə daxil olmusunuzsa, məlumatlar birbaşa Sizin istifadəçi hesabınızla əlaqələndiriləcəkdir. Əgər məlumatların Sizin Google profilinizlə əlaqələndirilməsini istəmirsinizsə,  düyməni aktivləşdirməzdən əvvəl sistemdən çıxmalısınız. Google Sizin məlumatlarınızı istifadəçi profili qismində saxlayır və onlardan reklam məqsədləri ilə, bazar tədqiqatlarında və / və ya öz saytının tələb üzrə dizaynı üçün istifadə edir. Sizin bu cür istifadəçi profilinin yaradılmasına qarşı etiraz etmək hüququnuz vardır; bu hüququ həyata keçirmək üçün öz etirazınızla bilavasitə Google-a müraciət etməlisiniz.

Google tərəfindən toplanan və emal edilən məlumatların məqsədi və həcminə dair daha ətraflı məlumatı provayderin məlumatların məxfiliyinə dair xəbərdarlıq qeydlərində tapmaq mümkündür. Bu xəbərdarlıq qeydlərində Siz həmçinin, bu baxımdan öz hüquqlarınız və məxfiliyinizin qorunması üçün parametrlərin opsiyaları barədə ətraflı məlumat əldə edə bilərsiniz: https://policies.google.com/privacy?hl=en

Siz hər hansı maneə olmadan və təsiri gələcəyə şamil edilməklə istənilən zaman razılığınızı geri götürə bilərsiniz. Bunun üçün “kuki” faylların parametrlərini dəyişməyiniz xahiş olunur.

İnformasiya bülleteni

Veb-saytımızda Sizə  informasiya bülletenimizə abunə olmaq imkanı təklif edirik. Elektron poçt ünvanının düzgünlüyünü yoxlamaq üçün biz ikimərhələli təsdiqləmə prosedurundan istifadə edirik: Siz sistemə giriş xanasında e-poçt ünvanınızı daxil etdikdən sonra, biz Sizə təsdiq linkini göndəririk. Siz bu təsdiq linkinə keçid almadan elektron-poçt ünvanınız bizim abunəçilər siyahımıza əlavə edilmir.

İnformasiya bülleteninin göndərilməsi üçün yeganə mütləq məlumat Sizin elektron-poçt ünvanınızdır. ƏLAVƏ MƏLUMAT SEÇİMLƏDİR Əlavə, ayrıca qeyd edilmiş informasiya seçim əsasında daxil edilir və Sizə fərdi yanaşma üçün istifadə olunacaq. 

Siz təsdiqlədikdən sonra, informasiya bülleteninin Sizə göndərilməsi məqsədi ilə elektron poçt ünvanınızı saxlayacağıq. Hüquqi əsas: MMÜQ-ün 6-cı Maddəsinin 1-ci hissəsinin (a) bəndi və Fərdi Məlumatlar haqqında Qanunun 8.1 və 9.6.1-ci maddələridir. 

Siz informasiya bülleteni almaq üzrə razılığınızı istənilən zaman geri götürə və məktublara abunəliyinizi ləğv edə bilərsiniz. Siz informasiya bülleteninin göndərildiyi hər bir elektron məktubda olan linki klikləməklə və ya Təhlükəsizlik Siyasətində göstərilmiş əlaqə məlumatları üzrə məktub göndərməklə razılığınızı geri götürdüyünüzü bəyan edə bilərsiniz.

Şəxsi məlumatların qəbul ediciləri və məlumatların üçüncü ölkələrə ötürülməsi

Əlavə reaksiyalar/Mənfi hadisələr

Məhsullarımızdan hər hansı birinə qarşı əlavə reaksiyaların mümkün başvermə halları barədə xəbərdar olduqda, biz qanuna uyğun olaraq, müvafiq informasiyanı, o cümlədən şəxsi informasiyanı sənədləşdirməyə və onu dünyanın müxtəlif ölkələrinin hökumətlərinə təqdim etməyə və zərurət olduqda vəziyyətin sonrakı qiymətləndirilməsi üçün hesabatı təqdim edən tərəflərlə əlaqə saxlamağa borcluyuq.

Hüquqlara əməl edilməsinin təmin olunması

Hüquqlarımıza əməl edilməsinin təmin olunması və ya hüquqlarımızın, yaxud üçüncü tərəflərin hüquqlarının qorunması üçün biz məlumatları müvafiq hüquqların sahiblərinə, məsləhətçilərə və hakimiyyət orqanlarına ötürə bilərik.

Məlumatların emalı üzrə xidmətlərin xarici təchizatçıları: 

Biz, xidmətlərimizin göstərilməsində bizə dəstək olan xidmət təchizatçıları ilə əməkdaşlıq edirik. Bu xidmət təchizatçıları müstəsna olaraq bu “Məxfilik siyasəti”ndə təsvir edilmiş məqsədlər üçün Sizin məlumatlarınızı bizim adımızdan, təlimatlarımıza uyğun olaraq və bizim nəzarətimiz altında emal edirlər. Bu xidmət təchizatçıları Avropa İttifaqının və Azərbaycan Respublikasının hüdudlarından kənarda da yerləşə bilərlər. Biz, Sizin təqdim etdiyiniz  məlumatların Avropa İttifaqının məlumatların mühafizəsinə dair qanunvericiliyinin və Azərbaycan Respublikasının fərdi məlumatların qorunması sahəsində qanunvericiliyinin tələblərinə uyğun olaraq lazımi qaydada mühafizəsinin təmin edilməsi üçün bütün zəruri tədbirləri görəcəyik. 

Zəruri hallarda, biz məlumatların hüquqi baxımdan düzgün mühafizəsini təmin etmək üçün Aİ üzrə standart müqavilə müddəalarından istifadə edirik. 

Avropa Komissiyası müvafiq üçüncü ölkə üçün məlumatların adekvat səviyyədə qorunması barədə qərar verərsə (GDPR reqlamentinin 45-ci maddəsinin 3-cü bəndinə baxın), məlumatların ötürülməsi üçün əlavə tədbirlərin görülməsi tələb olunmur. Avropa Komissiyası Transatlantik Məlumatların Gizliliyi haqqında Çərçivə Sazişin (DPF) adekvatlığına dair qərar qəbul edib. DPF Avropa İttifaqı ilə ABŞ arasında bağlanmış, transatlantik məlumat ötürmələrində fərdi məlumatların qorunmasını təmin etmək üçün nəzərdə tutulmuş çərçivə sazişidir. Sertifikat almış şirkətlər məlumatları ABŞ-a ötürə bilər. Şirkətlərin siyahısı ilə [burada] tanış ola bilərsiniz.

Məlumatların təhlükəsizliyi

Biz Sizin şəxsi məlumatlarınızı qeyri-düzgün istifadəyə, itirilməyə, məhv olmaya və üçüncü şəxslər tərəfindən icazəsiz girişə qarşı mühafizə etmək üçün  texniki və təşkilati tədbirlərdən istifadə edirik. Bizim təhlükəsizlik tədbirlərimiz müasir texniki inkişaf səviyyəsinə uyğundur.

Sizin hüquqlarınız və əlaqə məlumatları

Ümumi hüquqlar

Şəxsi məlumat subyekti olaraq təklif edilən müxtəlif hüquqlar barədə Sizə məlumat vermək istərdik (MMÜQ-ün 4-cü Maddəsinin 1-ci hissəsi № 1 və Fərdi Məlumatlar haqqında Qanunun 7-ci maddəsi). Öz hüquqlarınız barədə daha ətraflı məlumatı MMÜQ-ün 15-21-ci maddələrindən, Məlumatların Qorunması haqqında Federal Qanunun 32-37-ci maddələrindən və Fərdi Məlumatlar haqqında Qanunun 7-14-cü maddələrindən əldə edə bilərsiniz.   

Hüquqlarınızdan istifadə etmək üçün məlumatların mühafizəsi üzrə əməkdaşımızla əlaqə yarada bilərsiniz. Onunla əlaqə üçün məlumatlar bu Məxfilik Siyasətindən ən yuxarı hissədə qeyd olunub. 

Əldə etmək hüququ

Siz barənizdə hansı şəxsi məlumatları topladığımız və emal etdiyimizə dair məlumat tələb etmək hüququna maliksiniz. Buraya müvafiq məlumatların istifadə olunduğu məqsədlər və bu məlumatların saxlanacağı müddət haqqında məlumatlar, o cümlədən məlumat resipiyentləri və ya resipiyent kateqoriyaları haqqında məlumatlar, Fərdi Məlumatlar haqqında Qanun və MMÜQ ilə müəyyən edilmiş digər məlumatlar aiddir. Bundan əlavə, emal olunan şəxsi məlumatların nüsxəsini əldə etmək hüququnuz var.

Düzəliş etmək hüququ

Dəqiq olmayan və ya artıq düzgün olmayan şəxsi məlumatlara düzəliş etmək hüququnuz var. Siz həmçinin natamam şəxsi məlumatlarınızı tamamlamaq hüququna maliksiniz. Biz qanunla tələb edildiyi halda, sizin şəxsi məlumatlarınıza edilən düzəlişləri üçüncü tərəflərə göndəririk. 

Şəxsi məlumatları silmək hüququ ("Unudulmaq hüququ")

Aşağıdakı hallardan biri baş verdikdə, Siz şəxsi məlumatlarınızın bizim sistemimizdən silinməsini tələb edə bilərsiniz: 

  • Sizin şəxsi məlumatlarınıza artıq onların toplandığı və ya emal edildiyi məqsədlər üçün ehtiyac olmadıqda, yaxud müvafiq məqsədə nail olunduqda;
  • Razılığınızı geri götürdükdə və emal üçün hər hansı digər hüquqi əsas olmadıqda;
  • Məlumatların emal olunmasına etiraz etdiyiniz halda və emal üçün hər hansı digər hüquqi əsas olmadıqda; şəxsi məlumatlar birbaşa marketinq məqsədləri üçün emal olunduqda, sizin etirazınız məlumatların emalını dayandırmaq üçün kifayətdir;
  • Sizin şəxsi məlumatlarınız qanunsuz şəkildə emal edilmiş olduqda;
  • Sizin şəxsi məlumatlarınız Avropa İttifaqının və ya Üzv Dövlətin qanunvericiliyində və ya Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş hüquqi öhdəliyə uyğun qaydada silinməlidir;

Nəzərə alın ki, şəxsi məlumatları silmək hüququnuz qanunla məhdudlaşdırıla bilər. Hüquqi məhdudiyyətlərə MMÜQ-ün 17-ci maddəsinin 3-cü hissəsi, Məlumatların Qorunması haqqında Federal Qanunun 35-ci maddəsi və Fərdi Məlumatlar haqqında Qanunun 7.1.5 və 8.1 maddələri aiddir, lakin bunlarla məhdudlaşmır. 

Məlumatların emalını məhdudlaşdırmaq hüququ

Aşağıdakı hallardan biri baş verdikdə siz məlumatların emalını məhdudlaşdırmağı bizdən tələb edə bilərsiniz:

  • Bizə şəxsi məlumatların düzgünlüyünü yoxlamağa imkan verən bir müddət ərzində şəxsi məlumatlarınızın düzgünlüyünə etiraz etdiyiniz halda;
  • Məlumatların emalı qanunsuz olduqda və şəxsi məlumatların silinməsi ilə razılaşmadığınız və əvəzində emalını məhdudlaşdırmağı tələb etdiyiniz halda;
  • Şəxsi məlumatlara artıq emal məqsədilə ehtiyacımız olmadıqda, lakin Siz məhkəmə iddialarının qaldırılması, icrası və ya müdafiəsi üçün şəxsi məlumatları tələb etdikdə; yaxud
  • Siz məlumatların emalına etiraz etdikdə, lakin bizim hüquqi əsaslarımızın Sizin irəli sürdüyünüz əsaslardan üstün olub-olmaması hələ təsdiqlənmədikdə;

Biz məlumatların emalı ilə bağlı məhdudiyyəti qaldırmazdan əvvəl yuxarıda sadalanan əsaslara uyğun olaraq, şəxsi məlumatların emalının məhdudlaşdırılması ilə bağlı Sizə məlumat verəcəyik. 

Razılığın geri götürülməsi 

Siz təsiri gələcəyə şamil edilməklə razılığınızı istənilən zaman geri götürmək hüququna maliksiniz. Razılığınızı geri götürərkən bildiriş göndərilməsi ilə bağlı hər hansı rəsmi tələblərə əməl etmək zəruri deyil. Siz sadəcə yuxarıda qeyd olunan əlaqə ünvanlarına qeyri-rəsmi bildiriş göndərə bilərsiniz. Bu, həmçinin MMÜQ qüvvəyə minməzdən əvvəl (25 may 2018-ci il tarixindən əvvəl) verilmiş razılığa da şamil olunur. Razılığın geri alınmasının bundan əvvəl şəxsi məlumatların emalının qanuna uyğun olub-olmamasına hər hansı təsiri yoxdur. 

Məlumatların daşınması hüququ

Sizin özünüzə aid olan və təqdim etdiyiniz şəxsi məlumatları sistemli, adi və maşın tərəfindən oxunulan variantda əldə etmək və belə məlumatları üçüncü tərəflərə ötürmək hüququnuz vardır. Təfərrüatlar üçün Fərdi Məlumatlar haqqında Qanunun 7-ci maddəsinə baxa bilərsiniz. Məlumatların daşınması üzrə hüququnuzdan istifadə məlumatları silmək hüququnuza hər hansı şəkildə təsir etmir. 

Nəzarət Orqanı və məhkəmələrə Şikayət təqdim etmək hüququ

Bizim tərəfimizdən şəxsi məlumatların emalı zamanı məlumatların qorunması ilə bağlı tətbiq olunan qanunvericilik tələblərinin pozulduğunu düşünürsünüzsə, səlahiyyətli nəzarət orqanına, xüsusilə Berlindəki məlumatların mühafizəsi və informasiya azadlığı üzrə müvəkkilə və ya yaşadığınız və ya işlədiyiniz və ya məlumatların qorunması ilə bağlı tələblərin pozulduğu ehtimal edilən Üzv Dövlətdəki nəzarət orqanına (Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi), yaxud müvafiq məhkəməyə şikayət təqdim etmək hüququnuz vardır.  

Etiraz etmək hüququ

MMÜQ-ün 21-ci maddəsinə və Fərdi Məlumatlar haqqında Qanunun 7.2-ci maddəsinə uyğun olaraq, Siz qanunla tələb edilən hallar istisna olmaqla istənilən zaman və hər hansı əsaslandırma olmadan Sizə aid şəxsi məlumatların emalına etiraz edə bilərsiniz.

Siz xüsusilə birbaşa marketinq məqsədilə şəxsi məlumatlarınızın emalına etiraz etmək hüququna maliksiniz. Marketinq məqsədilə bizim tərəfimizdən şəxsi məlumatlarınızın emal olunmasına etiraz etdiyiniz halda, biz bu məqsədlə Sizin şəxsi məlumatlarınızdan istifadəni dayandıracağıq.

Son yenilənmə tarixi: Sentyabr 2024-cü il

Əlavə mövzular